Şenol Günəş: "Yaxşı oyun nümayiş etdirmək istəyirik"
"Skenderbeu ilə matçda yaxşı oyun nümayiş etdirib, üç xal qazanmaq istəyirik"

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş "Skenderbeu" ilə matç öncəsi fikirlərini bölüşüb.

"Turnirə yaxşı başlamaq istəyirik. Gözəl oyun nümayiş etdirib, Albaniya səfərindən qələbə ilə dönmək istəyirik. Cəzalı Olcan və zədəli Oğuzhandan başqa hamı oyuna hazırdır.. "Skenderbeu" yaxşı kollektivdir. Albaniya millisi son vaxtlar yaxşı oyun nümayiş etdirir. Ulduz futbolçuları olmasa da, komanda şəklində yaxşı oynayırlar"

Qeyd edək ki, H qrupunda qərarlaşan Beşiktaş Bakı vaxtı ilə saat 00:05-də "Skenderbeu"nun qonağı olacaq.

Xəbər 674 dəfə oxundu.