“Real” üçün bəd xəbər
Madrid “Real”ının futbolçusu Qaret Beylin vəziyyətinə aydınlıq gəlib. Zədələnən uelsli yarımmüdafiəçi təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Diz əzələsindən xəsarət alan Beylin zədəsi ciddidi. Həkimlər onun 4 həftədən sonra sınaya dönəcəyini bildiriblər.

Qeyd edək ki, Çempionlar Liqasında “Şaxtyor”la matçda zədələnən Beyl oyunun 32-ci dəqiqəsində əvəzlənmişdi.

Xəbər 699 dəfə oxundu.