Dieqo Souza “Zirə”də
Topaz Premyer Liqasında ilk 4 turdan sonra 6 xalla 5-ci sırada qərarlaşan “Zirə” daha bir futbolçu ilə güclənib. Braziliyalı Dieqo de Souza Qonçalves Qusmao “qartallar”ın sırasına qoşulub.

Dieqo paytaxt klubu ilə bir illik müqaviləyə imza atıb. Karyerası əsasən vətəni ilə bağlı olan Dieqo Souza azərbaycanlı futbolsevərlərə də çox tanışdır. Belə ki, yarımmüdafiəçi bir müddət “Xəzər Lənkəran”ın heyətində özünü ən yaxşı tərəfdən göstərib.

Xəbər 857 dəfə oxundu.