Kayzerdən Pepə xəbərdarlıq - Sonra məsələ çətinləşəcək
“Bavariya”nın fəxri prezidenti Frants Bekkenbauer Xosep Qvardiolanın müqaviləsilə bağlı məsələyə münasibət bildirib.

Kayzer Frants Qvardiolanın bu ilin sonuna qədər qəti qərar verməli olduğunu bildirib. Bekkenbauer ispan mütəxəssisin “Bavariya”da qalmasının tərəfdarıdı:

“Biz hamımız istəyirik ki, Qvardiola “Bavariya”da qalsın. O, özünün gələcək karyerası ilə bağlı qəti qərarı bu ilin sonuna qədər verməlidi. Yoxsa, sonra məsələ çətinləşəcək”.

Qvardiolanın “Bavariya” ilə müqaviləsi 2016-cı ilin yayına qədər nəzərdə tutulub. Almaniya mətbuatı bu məsələni daim müzakirə edir.

Xəbər 785 dəfə oxundu.