“Barselona” ilə heç-heçə çox böyük nailiyyətdi - Rudi Qarsiya
"Roma"nın baş məşqçisi Rudi Qarsiya Çempionlar Liqasında keçirilən "Barselona" ilə oyun (1:1) barədə danışıb.

Mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib. O, bu nəticəni böyük uğur hesab etdiyini qeyd edib:

"Bu, bizim üçün vacib nəticədi. "Barselona" ilə heç-heçə çox böyük nailiyyətdi. Bu nəticə bizdə özünəinam hissini artıracaq. Biz taktiki cəhətdən düzgün fəaliyyət göstərdik.

Bütün oyunçular özünü fəda etdi. Əks-hücumlarda daha effektli ola bilərdik. Topla hərəkət edərkən tamamlayıcı funksiyanı da daha uğurla yerinə yetirə bilərdik. Amma bunlarsız da nəticədən razıyam. Yetirmələrim oyun planını yerinə yetirdilər.

Komanda ötən mövsümlə müqayisədə "artırıb". Biz daha təcrübəli olmuşuq. Bəzi futbolçularımız Çempionlar Liqası ilə tanış deyildi. Amma bu gün hamı yaxşı oynadı".

Xəbər 673 dəfə oxundu.