"Tottenhem"in 4 əsas futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
Bu gün Avropa Liqasının qrup oyunları çərçivəsində ilk oyununa çıxacaq "Tottenhem" "Qarabağ"ı qəbul edəcək.

London klubu zədə səbəbindən 4 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Diz nahiyəsindən zədə alan Kristian Eriksenlə yanaşı, Musa Dembele, Nabil Bentaleb və Rayan Mason "Qarabağ”la oyunu buraxacağı gözlənilir.

Qeyd edək ki, "Tottenhem” – "Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 00:05 də başlayacaq.

Xəbər 727 dəfə oxundu.