Araz oynamadı, “Panionios” 9-cu sıraya yüksəldi
Bu gün futbol üzrə Yunanıstan Superliqasında XIX turun oyunları keçirilir. İdman.com.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” evdə “Kerkyra” ilə qarşılaşıb.

Üstün oyun nümayiş etdirən həmyerlimizin komandası rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Ölkə kubokunun 1/4 finalında ehtiyatda qalan Abdullayev, bu matçı da oynamadan seyr edib.
Qeyd edək ki, “Panionios” hazırda 22 xalla 19-cu pillədə qərarlaşıb.

Xəbər 951 dəfə oxundu.