İtaliya yığması dünya kubokunu Azərbaycana gətirəcək
Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya yığmasını qəbul edəcək. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək və ölkənin ən böyük idman arenasında baş tutacaq ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.

İtaliya yığması dünya kubokunu Azərbaycana gətirəcək. Azarkeşlər oyun günü Olimpiya Stadionunda nümayiş etdiriləcək planetin əsas futbol kuboku ilə şəkil çəkdirmək imkanı əldə edəcəklər.

AFFA-nın baş katibi Elxan Məmmədov dünya kubokunun Azərbaycana gətirilməsi səbəbini açıqlayıb: “AFFA Azərbaycanda İtaliya milli komandasının çoxsaylı azarkeş ordusunun olmasını, eləcə də Bakı Olimpiya Stadionunda futbol açılışının əzəmətini nəzərə alaraq, fanatlara sürpriz etməyi qərara aldı. İtaliya Futbol Federasiyası ilə danışıqlardan sonra İtaliya milli komandasının dünya kubokunu Azərbaycana gətirməsi üçün razılıq əldə olundu. Bu hadisə ölkəmizdə futbol həvəskarları üçün bir hədiyyə olacaq”.

Xəbər 646 dəfə oxundu.