Bartra Messinin komanda daxilində diktatorluq etməsilə bağlı yayılan xəbərə münasibət bildirib
“Barselona”nın müdafiəçisi Mark Bartra Lionel Messinin komanda daxilində diktatorluq etməsilə bağlı yayılan xəbərə münasibət bildirib.

Bartra bu xəbərin əsassız olduğunu bildirib. O, Messi ilə bir komandada oynamaqdan qürur duyduğunu bildirib:

“Yox, Messi diktator deyil. Düşünürəm ki, onun liderliyi dünyanın ən yaxşı futbolçusu olması ilə bağlıdı. Bu da o deməkdi ki, Leonun komandada çəkisi var.

Onun liderlik keyfiyyətləri özünü biruzə verəndə, biz uğura nail olduq. Çox şadıq ki, o, “Barselona”da oynayır. Messi komandanın uğurlarında hədsiz paya sahibdi”.

Xəbər 786 dəfə oxundu.