Bu gün ​Avropa Liqasında qrup mərhələsinə start verilir
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində mübarizəyə start veriləcək. Mövsümün ilk turunda 12 qrupda 24 qarşılaşma baş tutacaq.

Türkiyənin "Fənərbağça" klubu doğma azarkeşlər önündə Norveç "Molde"sini qəbul edəcək. "Beşiktaş" isə Albaniyada "Skenderbeu" ilə üz-üzə gələcək.

Azərbaycan təmsilçilərindən "Qəbələ"nin yer aldığı C qrupunda Almaniyanın "Borussiya" (Dortmund) komandası Rusiya "Krasnodar"ını qəbul edəcək. "Qarabağ"ın mübarizə apardığı L qrupunda Belçika "Anderlext"i Fransa "Monako"sunu sınağa çəkəcək.

Qrup mərhələsinə gedən yolda Bakı "İnter"ini məğlub edərək turnirdən kənarlaşdıran İspaniya "Atletik"i isə Almaniya "Auqsburq"unu qəbul edəcək.

17 sentyabr.
Avropa Liqası, qrup mərhələsi, I tur
A qrupu
22:00. "Fənərbağça" (Türkiyə) - "Molde" (Norveç)
22:00. "Ayaks" (Hollandiya) - "Seltik" (Şotlandiya)

B qrupu
22:00. "Bordo" (Fransa) - "Liverpul" (İngiltərə)
22:00. "Syon" (İsveçrə) - "Rubin" (Rusiya)

C qrupu
22:00. "Qəbələ" (Azərbaycan) - PAOK (Yunanıstan)
22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Krasnodar" (Rusiya)

D qrupu
22:00. "Midtyülland" (Danimarka) - "Legiya" (Polşa)
22:00. "Napoli" (İtaliya) - "Brügge" (Belçika)

E qrupu
22:00. "Rapid" (Avstriya) - "Vilyarreal" (İspaniya)
22:00. "Viktoriya" (Çexiya) - "Dinamo" (Minsk, Belarus)

F qrupu
22:00. "Slovan" (Çexiya) - "Braqa" (Portuqaliya)
22:00. "Qroningen" (Hollandiya) - "Marsel" (Fransa)

G qrupu
00:05. "Dnepr" (Ukrayna) - "Latsio" (İtaliya)
00:05. "Sent-Etyen" (Fransa) - "Rusenborq" (Norveç)

H qrupu
00:05. "Sportinq" (Portuqaliya) - "Lokomotiv" (Rusiya)
00:05. "Skenderbeu" (Albaniya) - "Beşiktaş" (Türkiyə)

İ qrupu
00:05. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə")
00:05. "Lex" (Polşa) - "Belenensiş" (Portuqaliya)

J qrupu
00:05. "Anderlext" (Belçika) - "Monakо" (Fransa)
00:05. "Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

K qrupu
00:05. APOEL (Kipr) - "Şalke 04" (Almaniya)
00:05. "Asteras" (Yunanıstan) - "Sparta" (Çexiya)

L qrupu
00:05. "Partizan" (Serbiya) - AZ (Hollandiya)
00:05. "Atletik" (İspaniya) - "Auqsburq" (Almaniya)
Qeyd edək ki, qrup mərhələsində növbəti turun oyunları oktyabrın 1-də keçiriləcək.

Xəbər 704 dəfə oxundu.