"İnter" Ukrayna klubuna qol vura bilmədi
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün növbəti sınaq matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, "bankçılar" Ukraynanın “Volın” klubu ilə qarşılaşıblar. Maraqlı görüşdə qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, bu komandanı indi “Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenko çalışdırır.

Xəbər 1122 dəfə oxundu.