“Olimpiakos” - “Bavariya” görüşündə insident baş verib
Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Olimpiakos” - “Bavariya” görüşündə (0:3) insident baş verib.

Almaniya nəhənginin inamlı qələbə qazanması azarkeşlər arasında qarşıdurmaya səbəb olub. Alman azarkeşlər qələbəni çılğınlıqla qeyd ediblər. Bu da məyus olan yunan fanatları qıcıqlandırıb.

Nəticədə tribunalarda qarşıdurma baş verib. Polis əməkdaşları olaya müdaxilə etmək məcburiyyətində qalıblar. Amma onlar daha çox alman azarkeşlərə təzyiq göstəriblər. Polislər sözün əsl mənasında “Bavariya” azarkeşlərini kötəkləyiblər.

Xəbər 660 dəfə oxundu.