Çempionlar Liqası: "Bavariya" və "Çelsi" qazandı, "Barselona" xal itirdi
Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub.

Daha 8 oyun keçirilib.

E qrupunda "Barselona" "Roma"nın qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Qrupun digər oyununda "Bayer" (Leverkuzen) öz meydanında BATE-ni qəbul edib. Meydan sahibləri rəqibini 4:1 hesabı ilə məğlub edib.

F qrupunda "Arsenal" Zaqreb "Dinamo"sunun qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Bavariya" isə Yunanıstanda "Olimpiakos"a böyük hesabla qalib gəlib. – 3:0.

G qrupunda "Çelsi" "Makkabi"ni qəbul edib və rəqibinə 4 cavabsız qolla qalib gəlib. "Dinamo" (Kiyev) isə "Portu" ilə bərabərə qalıb – 2:2.

H qrupunda "Zenit" səfərdə "Valensiya"nı məğlub edib – 3:2. Qrupun digər oyununda Belçikanın "Genk" klubu "Lion”la heç-heçə edib – 1:1.

Xəbər 735 dəfə oxundu.