"Tottenhem"in kapitanı: "Qarabağ"la matçda məqsədimiz yalnız qələbədir"
Bu gün Avroliqanın qrup mərhələsinin ilk matçında təmsilçimiz "Qarabağ" səfərdə "Tottenhem"in qonağı olacaq.

Rəqibin kapitanı Huqo Loriss qarşılaşma haqda öz fikirlərini bildirib:

"Avroliqaya xüsusi önəm veririk. "Qarabağ"la matçda da məqsədimiz yalnız qələbədir. Qrupumuzda heç bir komanda zəif deyil. Heç bir komandanı nə favorit, nə də autsayder saya bilmərik. Turnirə qələbə ilə başlayıb qrup lideri başa çatdırmaq istəyirik. Bilirik ki, "Qarabağ"la oyun bizim üçün asan olmayacaq. "Qarabağ" haqda kifayət qədər məlumatımız var, heyətində güclü futbolçular çıxış edir".

Xəbər 773 dəfə oxundu.