Heybətulla Hacıəliyev: Olimpiadaya hazırlıq yüksək səviyyədə gedir
Boks üzrə Azərbaycan milli komandası xeyli müddətdir ABŞ-ın Mayami şəhərində təlim-məşq toplanışındadır. İdman.com.az saytının məlumatına görə, yığmamız gündə 2 dəfə, ümumi fiziki və taktiki-texniki təmrinlər üzərində çalışrlar. Bu barədə xəbəri əməkdaşımıza Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacıəliyev (64 kq) verib.

Ötən ilin sentyabrında Bakıda keçirilmiş dünya çempionatında London yay olimpiya oyunlarına lisenziya qazanan idmançının indi məqsədi «dördillik»də uğurlu çıxışdır. Titullu boksçunun sözünə görə, Mayamidəki təlim-məşq martda Bakıda təşkil ediləcək «Böyük İpək yolu» turnirinə hazırlıqdır:

«London olimpiadasında yaxşı çıxış etmək üçün, müntəzəm beynəlxalq yarışlarda iştirak etməli, döyüş təcrübəmizi mükəmməlləşdirməliyik. Mart ayında paytaxtımızda «A» kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Həmin sınaqda özümüzü yaxşı tərəfdən göstərməliyik»

Gənc boksçu orada keçiriləcək sparrinq-görüşlərə də aydınlıq gətirib. O deyib ki, amerikalı həmkarlarının təcrübəsindən yararlanmaq onların xeyrinə olacaq: «Mayamidə ABŞ-ın peşəkar boksçuları ilə sınaq döyüşləri keçirəcəyik. Məqsəd, olimpiadaya yüksək səviyyədə hazırlıqdır. Federasiyamız bizə hər şəraiti yaradıb. İndi qalır, bizə bəslənən ümidləri Londanda doğrultmağımız».
Qeyd edək ki, milli komandamın Vətənə martın 1-də qayıdacaq.

KAMRAN

Xəbər 1120 dəfə oxundu.