Neftçi əvəzedici heyətlə sınaq matçı keçirdi
“Neftçi” Topaz Premyer Liqasının 5-ci turunda “Xəzər Lənkəran”la keçiriləcək oyuna hazırlığı davam etdirir. Komanda hazırlıq çərçivəsində əvəzedici heyətlə qarşılaşıb.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutmuş yoxlama oyununda əsas və əvəzedici komandaların bütün futbolçularına şans verilib.

Xatırladaq ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı sentyabrın 20-də “Bakcell Arena” stadionunda keçiriləcək və saat 21:00-da başlanacaq.

Xəbər 803 dəfə oxundu.