Rossi Manorda Roberto Merini əvəz edəcək
Manor Marussia komandası Aleksander Rossinin bu mövsüm qalan 7 yarışdan 5-də Roberto Merini əvəz edəcəyini elan edib.

23 yaşlı amerikalı pilot Uill Stevensin yeni komanda yoldaşı olacaq. O , artıq bu həftə Sinqapurda debüt edəcək. Bundan sonra isə Yaponiya , ABŞ , Meksika və Braziliyada iştirak edəcək.

Soçidə Rpberto Meri yenidən komandaya qayədacaq. O , həmçinin Əbu Danidə sükan arxasına oturacaq. Qalan yarışlarda isə ispan ehtiyat pilot funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki , ötən ilin 2-ci yarısında Rossi Marussia-nın ehtiyat pilotu idi və Spadakı sərbəst yürüşlərdə iştirak etmişdi.

Xəbər 772 dəfə oxundu.