Messi üçün tarixi gecə
"Roma"ya qarşı Çempionların Liqasında qrup mərhələsinin ilk turunun bugünkü matçı "Barselona"nın hücumçusu Lionel Messi üçün turnirdə 100-cü oyun olacaq.

28 yaşlı argentinalı qitənin ən nüfuzlu klub yarışının tarixində 100 görüş keçirmiş ən gənc futbolçu olacaq.

Messi ilk dəfə 2004-cü ildə Çempionların Liqasında çıxış etdi və o vaxtdan bu yana 11 mövsümdü ki, turnirdə iştirak edir.

Onun hesabında 99 matçda 77 qol və 22 məhsuldar ötürülmə var. Messi həmçinin 4 dəfə Çempionlar Liqasını qazanıb.

Xəbər 677 dəfə oxundu.