2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün beş şəhərin namizədliyi təsdiqlənib
2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün beş şəhərin namizədliyi rəsmən təsdiqlənib.

Bu barədə İtaliyanın ANSA Agentliyi Beynəlxalq Olimpiya Komitəsinə (BAK) istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, Roma, Budapeşt, Hamburq, Paris və Los-Ancles 2024-cü il Yay Olimpiya Oyunlarına əsas namizədlərdir. BAK tərəfindən yekun qərarın isə 2017-ci ilin sentyabrında verilməsi nəzərdə tutulub. Bununla bağlı keçirilmiş konfransda qurumun prezidenti Tomas Bax vurğulayıb ki, güclü namizəd şəhərlər arasında ev sahibi seçilmək üçün gərgin mübarizə olacaq.

AZƏRTAC

Xəbər 590 dəfə oxundu.