Qurban Qurbanov mətbuat konfransı keçirəcək
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında jurnalistlərlə görüşəcək. Ağdam klubunun çalışdırıcısının jurnalistlərlə görüşü Bakı vaxtı ilə saat 22:30-dan etibarən start götürəcək.

Bundan yarım saat sonra isə komandamız matçın keçiriləcəyi "Uayt Hart Leyn" stadionunda son məşqə çıxacaq.

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" matçı sentyabrın 18-də Londonda keçiriləcək və saat 00:05-də start götürəcək.

Xəbər 672 dəfə oxundu.