Azərbaycan qrossmeysteri Qədir Hüseynov Dünya Kubokunun 1/16 finalında çinli şahmatçı Dinq Liren ilə qarşılaşacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan qrossmeysteri Qədir Hüseynov şahmat üzrə Dünya Kubokunun ikinci dövrəsinin hər iki partiyasında Çexiya nümayəndəsi David Navaraya qalib gələrək, üçüncü mərhələyə yüksəlib.

1/16 finalda təmsilçimizin rəqibi rusiyalı Ernesto İnarkiyevi mübarizədən kənarlaşdıran Çin qrossmeysteri Dinq Liren olacaq.

Şahmat üzrə Dünya Kuboku sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda nokaut-sistem üzrə keçirilir. Yarışda 128 şahmatçı iştirak edir.


Xəbər 834 dəfə oxundu.