Dodo: Qrupdan çıxacağımıza inanıram
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki şanslarından danışıb. Braziliyalı futbolçu bunları söyləyib:

"Biz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla artıq tarix yazmışıq. Amma daha da artığına nail olmaq istəyirik. Bilirik ki, bu, çox çətin olacaq. Amma biz hər şeyə rəğmən, uğur qazanmaq üçün çalışacağıq. "Qəbələ" rəqabətədavamlı komandadır. Öz gücümüzə və qrupdan çıxacağımıza inanırıq. Dortmund "Borussiya"sı qrupumuzun aşkar favoritidir. Qrupun qalan klubları isə demək olar ki, eyni səviyyəyə malikdir. İstəyimizə çatmaq üçün sonadək mübarizə aparmağımız lazımdır".

Xəbər 631 dəfə oxundu.