"Barselona"nın sabiq futbolçusu məşqçiliyə başlayır
"Barselona"nın sabiq futbolçusu Erik Abidal məşqçiliyə başlayacaq.

Bu barədə Fransa millisinin sabiq üzvünün özü məlumat verib.

"Yaxın zamanlarda UEFA-nın məşqçi kurslarına qatılacam. Bu, gələcəkdə mənim məşqçi kimi çalışmağıma kömək edəcək. Ancaq hazırda məqsədim məşqçi köməkçisi işləməkdir. Çıxış etdiyim bütün klublarda futbolçularla əla münasibətim olub. Lakin hələ ki, özümü baş məşqçi vəzifəsində görmürəm. Köməkçi vəzifəsində özümü daha rahat hiss edərəm".

Qeyd edək ki, İspaniya mətbuatı Abidalın "Barselona"nın akademiyasında çalışacağını iddia edib.

Xəbər 647 dəfə oxundu.