Ukrayna Futbol Federasiyası Nizam-İntizam komitəsinin rəhbəri özünü güllələyib
Ukrayna Futbol Federasiyası Nizam-İntizam Komitəsinin rəhbəri Denis Maniv özünü güllələyib.

Bu haqda "İnterfaks Ukraina" məlumat yayıb.

Xəbərə görə, hadisə onun həyat yoldaşı və qızı evdə olmayan zaman baş verib.
34 yaşlı Denis Maniv 2015-ci ilin martından İliçevsk şəhər şurasının deputatı idi.
Hadisə ilə bağlı cinayət işi açılıb.

Xəbər 789 dəfə oxundu.