Rəqibimiz Serbiya ilə yoxlama matçı keçirəcək
Qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin rəqibi olan Türkiyə yığması hazırlığın son mərhələsini Serbiyada keçəcək. Ferhat Akbaşın yetirmələri Belqradda 2 yoxlama matçında da qüvvəsini sınayacaqlar.

“Ay-ulduzlular”ın Serbiya millisi ilə görüşləri sentyabrın 19-na və 20-nə təsadüf edəcək. Komanda oyunları bitirdikdən sonra İstanbula dönəcək və Avropa çempionatına doğma şəhərdən yollanacaq.

Qeyd edək ki, Belçika və Hollandiyada təşkil olunacaq qitə çempionatı sentyabrın 26-da start götürəcək və həmin gün Azərbaycan Türkiyə ilə gücünü yoxlayacaq.

Xəbər 674 dəfə oxundu.