"Astana"nın futbolçusu xəstəxanalıq oldu
Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Benfika"ya 0:2 hesabı ilə uduzan "Astana"nın futbolçusu Georgi Jukov matçdan sonra xəstəxanaya aparılıb.

Alergiyası olan futbolçu stadionu təcili tibbi yardım maşınında tərk edib.

20 yaşlı futbolçunun anafilaktik şok keçirdiyi bildirilir. Vəziyyəti ağır olan Jukov Lissabonda qalıb. Qazaxıstan klubu isə artıq Astanaya qayıdıb.

Qeyd edək ki, 90 dəqiqə meydanda olan Jukov 78-ci dəqiqədə cəzalandırılıb.

Xəbər 624 dəfə oxundu.