Qarabağ Londonda dəstəksiz qalmayacaq
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə "Tottenhem"i ilə səfər oyununda dəstəksiz qalmayacaq. Böyük Britaniyada yaşayan həmyerlilərimiz Ağdam klubunu bu vacib qarşılaşmada dəstəkləməyi hədəfləyiblər.

Ötən gün Londona yollanan "Qarabağ"ın üzvləri elə səfər günü də məskunlaşdığı otelin yanında bir qrup həmyerlimiz tərəfindən qarşılanıb. Matç zamanı isə 50-dən çox azərbaycanlının komandamıza dəstək olması gözlənilir.

Qeyd edək ki, bütövlükdə 36 min azarkeş tutumu olan arenanın tam dolması gözlənilir.

Xəbər 619 dəfə oxundu.