Lənkəran Şəhər Mərkəzi stadionu baxışdan keçirilib
Azərbaycanda keçiriləcək 17 yaşlı qızlar arasında futbol üzrə 2012-ci il dünya çempionatının təşkilat komitəsinin nümayəndələri bu gün Lənkərana səfər ediblər.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatın oyunlarını qəbul edəcək arenalardan biri olan Lənkəran Şəhər Mərkəzi stadionuna baş çəkən komitə üzvləri stadionun infrastrukturunun hazırkı durumu ilə tanış olublar.

İstər milli, istər klub səviyyəsində beynəlxalq rəsmi oyunları qəbul etmək təcrübəsi olan stadionun müxtəlif əraziləri qonaqlar tərəfindən nəzərdən keçirilib. Media, marketinq, könüllülər, qonaqlarla iş kimi müxtəlif sahələrə cavabdeh olan nümayəndələr baxışın nəticəsi olaraq hesabatlar hazırlayıb.

Mötəbər yarışla bağlı həyəta keçirilməli olan zəruri dəyişikliklər stadion rəhbərliyinin diqqətinə çatdırılıb.
Xatırladaq ki, sözü gedən dünya çempionatı 22 sentyabr - 13 oktyabrda keçiriləcək.

Xəbər 1004 dəfə oxundu.