Messini keçdiyi üçün xoşbəxtdi - Ronaldodan açıqlama
“Şaxtyor”la oyunda het-trik edərək, Çempionlar Liqasında vahid bombardir olan Ronaldo uğurunu şərh edib.

Qollarının sayını 80-ə çatdıraraq, Messini geridə qoyan Kriştiano, xoşbəxt olduğunu bildirib:

“İspaniya çempionatına yaxşı başlamamışdıq. Ancaq oyunumuzu qaydasına sala bildik. İndi yüksəlişdəyik.

Əlbəttə, Çempionlar Liqasının bombardiri olmaq yaxşıdı. Yalan danışmayacam, buna görə qürur duyuram, xoşbəxtəm. Ancaq hədəfim bu da deyil. Mənim hədəfim bütün mövsümboyu yaxşı oynamaq, komandamın yeni titullar qazanmasına yardım etməkdi”.

Xəbər 694 dəfə oxundu.