"Azərbaycan millisində oynamayacam" – Emin Mahmudov
"Mordoviya" klubunun Azərbaycan əsilli futbolçusu Emin Mahmudov Rusiya mətbuatına müsahibə verib.

E.Mahmudov Azərbaycana səfərindən və milli komandamızda çıxış etmək ehtimalından danışıb.


- Çoxdandır Azərbaycana getmirdin?

- Bu yay qohumlarımdan birinin toyu üçün Azərbaycana getdim. Mən Saatlı rayonunda doğulmuşam. Ancaq bəzən Cəlilabad rayonunda oluram. Bura mənim anamın doğulduğu yerdir. Həmin kənd İrana yaxın ərazidə yerləşir. Bir saatdan da az vaxta sərhədi keçmək mümkündür.

- Adını çəkdiyin rayonlarda sənin oyununu izləyirlər?

- Elə də yox. Orada həyat səviyyəsi yüksək deyil. Onlarda peyk televiziyası və internet yoxdur ki, Rusiya Premyer Liqasının oyunlarını izləsinlər.

- Sənə Azərbaycan millisində oynamaq təklif olunub?

- Bir dəfə deyil. Ancaq istənilən halda, Azərbaycan yığmasında oynamayacam. Çünki belə olan təqdirdə Rusiyada legioner sayılacam. Ümid edirəm ki, Rusiya millisindən dəvət alacam.

Xəbər 662 dəfə oxundu.