“Ölkə çempionatına yaxşı hazırlaşırıq”
“Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov komandasının Antalya toplanışını dəyərləndirib. İdman.com.az saytı xəbər verir ki, o azerisport.az-a bunları dilə gətirib:

“Komanda hər yoxlama matçından sonra artırır. Birinci oyunda o qədər də yaxşı təsir bağışlamadıq. İkinci sınaq matçında azca irəliləyiş var idi. Son görüşdə isə bir qədər yaxşı təsir bağışladıq. Nə “Valsui”, nə də digər rəqiblərə uduzmaq istəyirdik. Fikrimcə, bütün rəqiblərə qarşı yaxşı futbol sərgilədik.

Özünüz də gördünüz ki, rumınların qapısı qarşısına nə qədər qol epizodları yaratdıq. Bu oyun bizim xeyrimizə olacaq. Çempionat oyunlarında qələbələrimiz də olacaq. Premyer Liqaya yaxşı hazırlaşırıq və uğurlu çıxış etmək istəyirik. Liderlərlə xal fərqimiz böyükdü. Amma üç xallıq sistemlə çox şey dəyişə bilər”.

Xəbər 1079 dəfə oxundu.