Bakı klubunun ölümdən dönən oyunçusu yenidən meydanlarda
Bakının "Azərreyl" və İtaliyanın qadın voleybolçulardan ibarət millisinin sabiq üzvü, ağır xəstəlikdən sonra ölümlə üzləşən Sara Anzanello meydana dönür. Azarkeşlər italyan blokeri iki illik fasilədən sonra yenidən professional voleybolda görəcəklər. Belə ki, Anza İtalyanın 3-cü divizion komandası "Igor Volley Novara" ilə müqavilə bağlayıb.

Xatırladaq ki, Sara Anzanello 2012-2013-cü illər mövsümündə səhhətindəki ciddi problem üzündən meydandan kənar qalmışdı. Ciyər transplantasiyası keçirən təcrübəli voleybolçu uzun müddətli müalicədən sonra yenidən meydanlara dönüb.

Qeyd edək ki, Həmin vaxt "Azərreyl"in şərəfini qoruyan italiyalı oyunçu ondan əvvəlki mövsümü də Bakı klubunda keçirib.

Xəbər 586 dəfə oxundu.