“Qəbələ”nin rəqibində Roys problemi
Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan Dortmund “Borussiya”sı ilk oyununu “Krasnodar”a qarşı keçirəcək. Almanlar bu görüşə itki ilə çıxacaqlar.

Belə ki, “Borussiya”nın aparıcı üzvü Marko Roys ruslarla matçı buraxacaq. Ayaq barmağı qırılan 26 yaşlı futbolçunu həkimlər hazır vəziyyətə gətirə bilməyiblər.

Qeyd edək ki, Roysun barmağı Bundesliqanın III turunda “Herta” ilə matçda qırılmışdı.

Xəbər 791 dəfə oxundu.