“Barselona” Roma səfərində - YENİLƏNİR
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçiriləcək. İkinci oyun günündə E, F, G və H qruplarında mübarizəyə start veriləcək.

Turnirin son qalibi “Barselona” bu mövsüm ÇL-də ilk görüşünü “Roma”ya qarşı keçirəcək. “Bayer” isə öz meydanında BATE-ni sınağa çəkəcək.

F qrupunda Zaqreb “Dinamo”su “Arsenal”la, “Olimpiakos” isə “Bavariya” ilə üz-üzə gələcək.

İngiltərə çempionatının cari mövsümündə özünə bənzəməyən “Çelsi” Təl-Əviv “Makkabi”sini qəbul edəcək. “Portu” isə Kiyevdə “Dinamo”nun qonağı olacaq.

H qrupunda “Lion” Belçikada “Gent”lə qarşılaşacaq. Qrupun digər görüşündə isə “Valensiya” “Zenit”lə münasibətləri ayırd edəcək.

E qrupu
23:45. “Roma” (İtaliya) – “Barselona” (İspaniya)
23:45. “Bayer” (Almaniya) – BATE (Belarus)

F qrupu
23:45. “Dinamo” (Xorvatiya) – “Arsenal” (İngiltərə)
23:45. “Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya)

G qrupu
23:45. “Çelsi” (İngiltərə) – “Makkabi” (Təl-Əviv, İsrail)
23:45. “Dinamo” (Ukrayna) – “Portu” (Portuqaliya)

H qrupu
23:45. “Gent” (Belçika) – “Lion” (Fransa)
23:45. “Valensiya” (İspaniya) – “Zenit” (Rusiya)

Xəbər 769 dəfə oxundu.