Azərbaycan Polşa ilə yoldaşlıq oyunu keçirəcək
Voleybolçu qaadınlardan ibarət Azərbaycan millisi Avropa Çempionatına hazırlıq çərçivəsində Polşa yığması ilə yoldaşlıq görüşü keçirəcək. Hazırda Sloveniyada təlim-məşq toplanışında olan komandamız dünən Xorvatiya millisi ilə oyunda gücünü sınayıb.

Polşa ilə yoldaşlıq oyunun bu günlərdə keçirilməsi nəzərdə tutulur. Faiq Qarayevin yetirmlərinin yerli yığma ilə də hazırlıq matçına çıxması istisna edilmir.

Qeyd edək ki, qitə birinciliyi sentyabrın 24-də start götürəcək. Millimiz B qrupunda mübarizə aparacaq.

Xəbər 606 dəfə oxundu.