“Real” üçün ciddi itki
Madrid “Real”ının aparıcı oyunçularından olan Qaret Beyl sıradan çıxıb. 26 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində dünən “Şaxtyor”la keçirilmiş matçda zədələnib.

Beyl bu gün tibb müayinədən keçməlidi. Məhz bundan sonra uelsli yarımmüdafiəçinin hansl müddətə sıradan çıxdığı bəlli olacaq.

Futbolçunun özü də açıqlamasında zədəsinin ciddi olub-olmadığını gələ bilmədiyini deyib.

Xəbər 602 dəfə oxundu.