Azərbaycanlı milyarderdən "Zaqatala"ya jest: xərci mənlikdi gəlin, 2 həftəlik toplanış keçin
Rusiyada yaşayan Rizvan adlı zaqatalalı iş adamı "Zaqatala"nı Krasnodara dəvət edib.

O, rəhbərliyində təmsil olunduğu I Divizion klubunun 2 həftəlik səfər xərclərini öz üzərinə götürüb.

"Zaqatala"nın prezidenti Musa Qurbanovla görüşən milyarder təlim-məşq toplanışının gələn ilin yanvarında təşkil olunmasını razılaşdırıb. Yeni yaranan komanda hazırlığını "Krasnodar"ın bazasında keçirəcək və yoxlama görüşlərində qüvvəsini sınayacaq.

Xəbər 704 dəfə oxundu.