“Mançester Yunayted”in futbolçusunun ayağı qırıldı
Çempionlar Liqasının qrup mərhələsində hazırda keçirilən PSV- “Mançester Yunayted” qarşılaşmasında arzuolunmaz hadisə baş verib.

Kektor Morenonun sərt zərbəsi ilə yerə yıxılan qonaqların futbolçusu Luk Şounun ayağı qırılıb.

Gənc müdafiəçi Marko Rojo ilə əvəzlənib.

Qeyd edək ki, Şou bu mövsüm “qırmızı şeytanlar”ın heyətində yeddi matçda ilk “11-lik”də meydana çıxıb.

Xəbər 656 dəfə oxundu.