“Neftçi” yarışa Flavinyusuz başlayacaq?
Sabah “Neftçi” Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsində ilk matçına çıxacaq. İdman.com.az saytı xəbər verir ki, 6-qat ölkə çempionunun ilk rəqibi Ukraynanın “Metallist” (Xarkov) klubu olacaq.

Böyük ehtimalla “ağ-qaralar” bu oyuna ciddi itki ilə çıxacaq. Çünki komandanın lideri Flavinyunun bu matçda iştirakı sual altındadı.
Məsələ burasındadır ki, Unibank Premyer Liqamızın ən yaxşı legionerinin ailəsində problemlər çıxıb. Bu üzdən Flavinyunun nəinki ilk oyunu, hətta bütün turniri buraxması istisna deyil.

Xəbər 978 dəfə oxundu.