Millimiz Slovakiyanı məğlub etdi
Futzal üzrə Azərbaycan yığma komandası Avropa çempionatının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün Slovakiya ilə ilk matçına çıxıb.

İlk matç Bakı İdman Sarayında keçirilib.

Cavab qarşılaşması Slovakiyada keçiriləcəyindən, yığmamız final mərhələsinə vəsiqəni təmin etmək üçün mümkün qədər inamlı qələbə qazanmalıydı. Millimiz çətinliklə də olsa, bu qarşılaşmada 3:1 hesablı qələbə qazanmağa nail olub.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü gələn həftə Slovakiyada keçiriləcək.

Azərbaycan - Slovakiya - 3:1 (1:1)
Qollar: Amadeu, 7 (1:0). Brunovski, 12 (1:1). V.Borisov, 33 (2:1). P.Kozar, 34-öz qapısına (3:1).
Bakı İdman Sarayı.

Xəbər 691 dəfə oxundu.