Ronaldo "Real"dan niyə getmək istəyib?
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun yay transfer pəncərəsi dönəmində komandadan getmək istədiyi iddia olunub.

Bu barədə xəbəri "El Confidencial" saytı yayıb.

Xəbərdə buna klubun prezidenti Florentina Perezin Ronaldonu tənqid etməsinin səbəb olduğu vurğulanıb. Perezin Ronaldoya "sən artıq əvvəlki kimi oynamırsan" deməsi portuqaliyalı futbolçunun xoşuna gəlməyib. Bundan sonra Ronaldo meneceri Jorje Mendeşlə digər kluba keçmək haqda müzakirələr aparıb.

Həmin dönəmdə "Mançester Yunayted" və PSJ Ronaldonu transfer etmək istəsə də, "kral klubu" 30 yaşlı futbolçunu satmayıb. Bir müddət öncə Ronaldonun təzminat qiymətinin 1 milyard avro olduğunu açıqlayan Perez futbolçunun komandada qalacağını bildirib.

Qeyd edək ki, 2009-cu ildən "Real"da çıxış edən Ronaldonun gələn yayda komandadan gedəcəyi istisna edilmir.

Xəbər 637 dəfə oxundu.