Riberi zədəsini sağaldır
"Bavariya"nın prezidenti Karl-Haynz Rummeniqqe komandanın zədəli futbolçusu Frank Riberi haqda açıqlama verib.

O, fransalı yarımmüdafiəçinin yaxın zamanlarda yaşıl meydanlara qayıdacağını deyib:

"Amma bu, o demək deyil ki, Riberi gələn həftədən matçlarda iştirak edəcək".

Qeyd edək ki, F.Riberi uzun müddətdir zədə səbəbindən meydana çıxmır.

Xəbər 668 dəfə oxundu.