"Milan" yeni stadion tikməyəcək
"Milan" yeni stadion tikməyəcək.

İnşaat üçün təyin edilmiş ərazinin sahibi ilə tikinti şirkəti arasında narazılıq yaşandığı üçün klub yeni stadion tikmək ideyasında əl çəkib. "Milan"ın prezidenti Silvio Berluskonu deyib ki, "Milan" ev oyunlarını "San-Siro"da keçirməyə davam edəcək:

"Mən və Bi Teçaubol bu stadionu çox bəyənirik. Ən yaxşı yolun ev oyunlarını burada davam etmək olduğunu düşünürük".

Qeyd edək ki, Bi Teçaubol "Milan"ın yeni sahiblərindən biridir. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Xəbər 650 dəfə oxundu.