Avropa Oyunlarının qalibləri Türkiyədə yarışacaq
Sentyabrın 18-20-də Türkiyənin Samsun şəhərində taekvondo üzrə Qran-pri keçiriləcək. Yarışa Azərbaycan millisi də qatılacaq.

Komandamızın baş məşqçiləri Rio-2016 üçün lisenziya xalı verən yarışda 4 taekvondoçunu sınaqdan çıxaracaqlar. Bunlar Avropa Oyunlarının qalibləri Radik İsayevlə (+80) Ayxan Tağızadə (-68 kq), gümüş medalçısı Fəridə Əzizova (67 kq) və bürünc mükafatçısı Patimat Abakarovadı (49 kq).

3 gün davam edəcək ilin ikinci Qran-prisi Yaşar Doğu Spor Salonunda baş tutacaq.

Komandamız Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi altında Türkiyəyə yollanacaq. Yığmamız sentyabrın 21-də isə vətənə dönəcək

Qeyd edək ki, Moskvada keçirilən ilk yarışda Fəridə Əzizova bürünc medala layiq görülüb.

Xəbər 743 dəfə oxundu.