PAOK Bakıya nə vaxt gələcək?
Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində "Qəbələ"nin qonağı olacaq PAOK-un Bakıya gələcəyi tarix müəyyənləşib.

Saloniki təmsilçisi paytaxtımıza oyundan bir gün öncə, sentyabrın 16-da gələcək.

Sabah səhər saatlarında Bakıya yola düşəcək PAOK-un axşam matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunda oyunöncəsi son məşqə çıxacağı gözlənilir. PAOK təmsilçisi oyunun səhəri günü Yunanıstana yola düşəcək.

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək "Qəbələ" - PAOK matçı saat 22:00-da başlayacaq.

Xəbər 701 dəfə oxundu.