"Simurq" "Rəvan"a gedən futbolçularını geri qaytarmaq istəyir
"Simurq"un əvəzedici komandasının sabiq baş məşqçisi Rövşəm Babayevin "Rəvan"a keçərkən özü ilə 6 yetirməsini də aparması haqda məlumat vermişdik. Bu isə yeni yaranan "Zaqatala" klubu üçün ağır zərbə olmuşdu. Çünki bu komandanın heyəti məhz "Simurq"un əvəzediiclərindən formalaşıb.

Futbolçu tapmaqda çətinlik çəkən və bu səbəbdən "Ağsu" ilə ilk matçı təxirə salınan "Zaqatala" "Rəvan"a ağız açmağa məcbur olub.

Xahiş edirlər ki, həmin 6 futbolçunu heç olmasa qışa qədər "Zaqatala"ya icarəyə versinlər. Hələlik "Rəvan"dan bu xahişə müsbət cavab gəlməyib.

Xəbər 649 dəfə oxundu.