“Qəbələ” PAOK-la oyunun hazırlıqlarını davam etdirir
UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qəbələ” I turun PAOK-la (Yunanıstan) oyununun hazırlıqlarını davam etdirir. Topaz Premyer Liqasının IV turunun “İnter”lə sentyabrın 12-də Bakıda keçirilən oyunundan (1:2) sonra məşqlərinə ara verməyən komanda qrupdakı ilk sınağına Qəbələdə hazırlaşır.

Son matçın ertəsi bərpaedici məşqi paytaxtda gerçəkləşdirən “qırmızı-qaralar” ADBTİA stadionunda çalışıb. Dünən Qəbələdə məşq edən Roman Qriqorçukun yetirmələri bu gün də doğma stadionda hazırlıq keçəcək. Sabah baş tutacaq oyunöncəsi son məşq isə qarşılaşmanın keçiriləcəyi “Bakcell Arena”ya təsadüf edəcək.

Qeyd edək ki, “Qəbələ” – PAOK oyunu sentyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək.

Xəbər 658 dəfə oxundu.