Üzgüçülük üzrə ilk “Zirvə” birinciliyi yüksək təşkilatçılıq səviyyəsində keçirildi
Sentyabrın 13-də “Zirvə” Uşaq İdman Akademiyasının hovuzunda kiçik yaşlı oğlan və qızlar arasında üzgüçülük üzrə “Zirvə” Beynəlxalq İdman Klubunun ilk birinciliyi keçirildi. Maraqlı və xoş anlarla dolu olan bu yarış böyük həyəcanla izləndi.

Məqsədi uşaqlar arasında üzgüçülük idman növünün populyarlaşdırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, uşaqların məşğələlərə cəlb olunması marağının artırılması, idmanla mütəmadi məşğul olmalarının təşkil edilməsi və qalib və mükafatçıların müəyyənləşdirilməsi olan bu birincilik təvəllüdü 2005-2010-cu il olan oğlan və qızlar arasında təşkil edildi.

Oğlanlar 6, 7, 8, 9, 10; qızlar isə 5, 6, 7, 8, 9 və 10 yaş qrupunda mübarizə apardılar.

Valideynlərin həyəcanını görməyə dəyərdi. Həyatlarında bəlkə də ilk dəfə yarışan övladlarına ürəkdən azarkeşlik edən, onların hər hərəkətini izləyən, alqışlayan ana və atalar unudulmaz anlar yaşadılar. Yüksək səviyyədə təşkil olunan yarışdan hamı razı qaldı. İlk öncə, qeyd olunan yaş qrupları üzrə I-II-III yerləri tutan idmançılar “Zirvə İnternational Sport Clubs”-un diplom, medal və mükafatlar ilə təltif olundular. Ancaq yer tutmayanlar da kənarda qalmadılar. Klub rəhbərliyi onları həvəsləndirici diplomlarla təltif edərək gələcək yarışlarda daha böyük əzmlə çıxış etmələrini arzuladılar.

Xəbər 1992 dəfə oxundu.