“Milan” “San-Siro”da qalacaq - Prezident
"Milan"ın prezidenti Silvio Berluskoni komandaya yeni stadion tikiləcəyiylə bağlı yayılan xəbərə münasibət bildirib.

Berluskoni bu məlumatı təkzib edib. O, "Milan"ın "San-Siro"da qalacağını bildirib. Prezident tailandlı biznesmen Be Tyaçauboli ilə əməkdaşlıqdan da danışıb:

"Hesab edirəm ki, "Milan" "San-Siro"da qalacaq. Mən və cənab Be Tyaçauboli bu stadionu çox sevirik. Biz hesab edirik ki, belə hər kəs üçün yaxşı olar.
Cənab Be ilə əməkdaşlığımıza gəlincə, deməliyəm ki, yalnız bir neçə formallıqları həll etmək qalıb".

Bir müddət əvvəl yayılan məlumatda bildirilirdi ki, Berluskoni "Milan"ın səhmlərinin 25 faizini Be Tyaçauboliyə 250 milyon avroya satacaq.

Xəbər 680 dəfə oxundu.