Karl Haynts-Rumenigge Frank Riberinin durumuna münasibət bildirib
“Bavariya”nın İdarə Heyətinin sədri Karl Haynts-Rumenigge Frank Riberinin durumuna münasibət bildirib.

Fransız futbolçu uzun müddətdi ki, zədədən əziyyət çəkir. Mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, Riberi karyerasını bitirmək haqda düşnür. Rumenigge Riberinin zədəsini sağaldacağına və meydana dönəcəyinə inandığını bildirib:

“Şübhə etmirəm ki, Riberi zədəsini sağaldacaq və bu mövsüm meydana qayıdacaq. Hazırda bizə dəqiq diaqnoz lazımdı ki, səbrlə gözləyək”.

Riberi Çempionlar Liqasının ötən mövsümündə, 1/8 finalda “Şaxtyor”la keçirilən qarşılaşmada zədələnmişdi.

Xəbər 634 dəfə oxundu.